İtaliyada baş məşqçi hakimi vurduqdan sonra istefa verib

İtaliyada baş məşqçi hakimi vurduqdan sonra istefa verib İtaliya çempionatının VII divizionunda "Olyeco-Kastello" - "Karpinyano" oyunu zamanı böyük rezonansa səbəb olan epizod yaşanıb.
Futbol
27 Sentyabr , 2021 22:47
İtaliyada baş məşqçi hakimi vurduqdan sonra istefa verib

İtaliya çempionatının VII divizionunda "Olyeco-Kastello" - "Karpinyano" oyunu zamanı böyük rezonansa səbəb olan epizod yaşanıb.

"Report" xəbər verir ki, qonaq komandanın baş məşqçisi Covanni Alozi emosiyalarına hakim ola bilməyərək, görüşün referisi Andrea Felisin sifətinə zərbə endirib.

Bu, baş hakimin Aloziyə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə göstərməsindən sonra baş verib. Baş məşqçi texniki zonanı tərk etmək əvəzinə referiyə kobud formada iradlarını bildirib. Ədalət təmsilçisi onun sözlərindən sarsılmasa da, zərbəsindən təsirlənib. Nəticədə baş hakim görüşü davam etdirməməyi qərara alıb və final fitini səsləndirib.

Hadisədən sonra Alozi üzr istəyərək, tutduğu vəzifədən istefa verib. Onu sanksiya və uzunmüddətli diskvalifikasiya gözləyir.

Qeyd edək ki, qarşılaşma "Olyeco-Kastello"nun qələbəsi ilə yekunlaşıb - 2:0.

Son xəbərlər

Orphus sistemi