Joze Mourinyo Beyllə bağlı qərarını verdi

Joze Mourinyo Beyllə bağlı qərarını verdi İngiltərənin "Tottenhem" klubunda icarə əsasında çıxış edən uelsli futbolçu Qaret Beyl cari mövsümün sonunda London klubunu tərk edəcək.
Futbol
7 Fevral , 2021 15:56
Joze Mourinyo Beyllə bağlı qərarını verdi

İngiltərənin "Tottenhem" klubunda icarə əsasında çıxış edən uelsli futbolçu Qaret Beyl cari mövsümün sonunda London klubunu tərk edəcək.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu İspaniya "Real Madrid"inə qayıdacaq.

Buna səbəb "Tottenhem"in baş məşqçisi Joze Muorinyonun təcrübəli oyunçunu komandasında görmək istəməməsidir. Beyli nadir hallarda meydana buraxan portuqaliyalı mütəxəssisin onun xidmətində maraqlı deyil.

Qeyd edək ki, Qaret Beylin "Real Madrid"lə 2022-ci ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi