Kamran Ağayev milli komandanın məşqçisi təyin olunub

Kamran Ağayev milli komandanın məşqçisi təyin olunub Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.
Futbol
22 Mart , 2022 16:09
Kamran Ağayev milli komandanın məşqçisi təyin olunub

Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.

"Report"un məlumatına görə, veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.

Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kamran Ağayev 2008 - 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi