Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb Kanadanın futbol üzrə qadınlardan ibarət millisinin baş məşqçisi Bev Pristman vəzifəsindən kənarlaşdırılıb.
Futbol
13 Noyabr , 2024 09:24
Kanada millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb
Beverli Pristman

Kanadanın futbol üzrə qadınlardan ibarət millisinin baş məşqçisi Beverli Pristman vəzifəsindən kənarlaşdırılıb.

"Report" Kanada yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onun qovulma səbəbi Paris-2024-də baş verən böyük qalmaqalla əlaqədardır.

Həmin vaxt Yeni Zelandiya millisinin oyunçuları rəqib haqqında məlumat toplamaq üçün Kanada tərəfinin dronlardan istifadə etməsi barədə təşkilatçılara şikayət etmişdilər. Nəticədə FIFA baş məşqçi ilə yanaşı, onun köməkçisi Jasmin Mander və analitik Jozef Lombardini ittiham edib.

Qeyd edək ki, hadisədən sonra B.Pristman araşdırmalar bitənə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Kanada Futbol Federasiyası bu qərarı araşdırma tam başa çatdıqdan sonra qəbul edib.

Son xəbərlər

Orphus sistemi