İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasını bitirə bilər.
"Report" “Lequipe.fr” saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis "Kral klubu"ndan qovulacağı təqdirdə bu addımı atacağını bildirib.
Son vaxtlar UEFA Çempionlar Liqasında və La Liqada işləri qaydasında getməyən paytaxt təmsilçisinin çalışdırıcısını yola salacağı yayılan informasiyalar arasındadır.
Qeyd edək ki, Karlo Ançelotti daha əvvəl "Yuventus", "Milan", "Çelsi", PSJ, "Bavariya" və "Napoli" kimi klublarda işləyib.