"Kayrat"ın futbolçusu: "Hamımız şoka düşmüşdük"

"Kayrat"ın futbolçusu: "Hamımız şoka düşmüşdük" "İnsidentin necə baş verdiyini özümüz də bilmədik. Aeroporta eniş etdik, hər şey yaxşı idi. Sonra təyyarə maşına dəydi, güclü zərbə hiss etdik".
Futbol
22 Oktyabr , 2021 15:53
Kayratın futbolçusu: Hamımız şoka düşmüşdük

"İnsidentin necə baş verdiyini özümüz də bilmədik. Aeroporta eniş etdik, hər şey yaxşı idi. Sonra təyyarə maşına dəydi, güclü zərbə hiss etdik".

"Report"un məlumatına görə, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Rade Duqaliç Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandanı Almatıya aparan təyyarənin qəzaya uğraması barədə "bookmaker-ratings.ru" saytına müsahibəsində deyib.

Serbiyalı müdafiəçi oyunçuların hadisəyə normal reaksiya verdiklərini bildirib: "Amma şoka düşmüşdük. Uçuş zolağında necə maşın sürmək olar? Şükürlər olsun ki, hamı salamatdır. Heç kim xəsarət almayıb. Hadisə səhər baş verib. Hər kəs yatmışdı. Amma zərbənin təsirindən hamı dərhal oyandı (gülür)".

29 yaşlı oyunçu qəza zamanı elə də çox qorxmadığını söyləyib: "Sadəcə, hamı üçün gözlənilməz oldu. Təsəvvür edin, təyyarə dayanacağa gedir və maşına çırpılır".

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi