"Kayrat"ın ulduz futbolçusu "Qarabağ"a qol vurmaq istəyir

"Kayrat"ın ulduz futbolçusu "Qarabağ"a qol vurmaq istəyir Qazaxıstan "Kayrat"ının futbolçusu Vaqner Lav Rusiya MOİK-inə keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib
Futbol
28 Oktyabr , 2021 17:40
Kayratın ulduz futbolçusu Qarabağa qol vurmaq istəyir
Vaqner Lav

Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Vaqner Lav Rusiya MOİK-inə keçəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.

"Report"un məlumatına görə, braziliyalı hücumçu "Championat" nəşrinə açıqlamasında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

37 yaşlı forvard hazırda əsas diqqətinin Almatı təmsilçisinin çıxışlarına yönəldiyini bildirib: "Mən "Kayrat"la müqaviləmi yeniləmək istəmədiyimi heç vaxt deməmişəm. Dünən meydana çıxdım, fərqlənməklə yanaşı, məhsuldar ötürmə də etdim. Qarşıdakı matçlarda da qol vurmağa davam etdmək istəyirəm. İlin sonunadək müqaviləm var. Taleyimin necə olacağını bilmirəm".

Təcrübəli forvard karyerasını bitirməyə tələsmədiyini vurğulayıb: "Futbolla vidalaşmağı düşünmürəm. Daha bir neçə il oynamaq niyyətindəyəm".

Qeyd edək ki, "Kayrat" "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir. Azərbaycan klubu III turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi