İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan zədələnib.
"Report"un məlumatına görə, erməni yarımmüdafiəçi Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə Avropa Liqasının ilk 1/8 final matçı zamanı sıradan çıxıb.
31-ci dəqiqədə ayağından zərbə alan 32 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 4 dəqiqə sonra Borxa Mayoralla əvəzlənib.
Hazırda görüşdə 2-ci hissə oynanılır və ev sahibi "Roma" 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Henrik Mxitaryan 2010 - 2013-cü illərdə Donetsk təmilçisinin formasını geyinib.