"Keşlə" intizamsız legionerini əsas komandadan kənarlaşdırıb

"Keşlə" intizamsız legionerini əsas komandadan kənarlaşdırıb "Keşlə" klubu "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının III tur oyununda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusu Anatol Abanqı cəzalandırıb.
Futbol
13 Sentyabr , 2021 14:23
Keşlə intizamsız legionerini əsas komandadan kənarlaşdırıb

"Keşlə" klubu "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının III tur oyununda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusu Anatol Abanqı cəzalandırıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov məlumat verib.

41 yaşlı mütəxəssisin sözlərinə görə, kamerunlu hücumçu əvəzedici komandaya göndərilib: "Artıq ikinci komanda ilə məşq edir. Klub ona pul cəriməsi də kəsəcək. Həmçinin AFFA-nın verəcəyi cərimə məbləğini də özü ödəyəcək. Abanqdan çox şey göləyirdik. Hər şeyi alt-üst etdi. Meydanda olduğu müddətdə deyilənlərin tam əksini etdi. Sonra qırmızı vərəqə aldı və komandanı stresə saldı".

Qurbanov 25 yaşlı forvardın hələlik komandadan göndərilmək ehtimalının olmadığını bildirib: "Qışadək müqaviləsi var. Yəqin ki, sözləşmə müddətinin sonunadək qalacaq. Şərtlərə əməl etməliyik. Hələ ona "get" deyən olmayıb".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"nin evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduğu matçın 28-ci dəqiqəsində qonaqların müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi