"Keşlə" cərimələndi, "Sabah"ın baş məşqçisinə 5 oyunluq cəza

"Keşlə" cərimələndi, "Sabah"ın baş məşqçisinə 5 oyunluq cəza AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib
Futbol
20 Aprel , 2021 12:29
Keşlə cərimələndi, Sabahın baş məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib.

"Report" xəbər verir ki, buna komandanın 4 futbolçusunun "Sabah"a qarşı Premyer Liqanın XXIII tur oyununda sarı vərəqə almaları səbəb olub.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

İK həmçinin "Sabah-2"nin baş məşqçisi İlqar Mənsimova 5 oyunluq cəza verib. Mütəxəssis I Divizionun XXII turunda "Keşlə-2" ilə görüşdə qırmızı vərəqə alıb və dəhlizdə hakimi təhqir edib.

Mənsimov klubu 400 manat məbləğində ziyana da salıb.

Son xəbərlər

Orphus sistemi