"Keşlə" klubu qələbə sayəsində son pillədən xilas oldu

"Keşlə" klubu qələbə sayəsində son pillədən xilas oldu Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub
Futbol
25 Aprel , 2021 19:53
Keşlə klubu qələbə sayəsində son pillədən xilas oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" Qəbələdə eyniadlı komandanı darmadağın edib - 5:0. Hazırda davam edən "Sabah" - "Neftçi" görüşündə ilk hissə oynanılır və Masazır təmsilçisi 2:1 hesabı ilə öndədir. Turun son matçı saat 20:00-da "Zirə" və "Sumqayıt" komandaları arasında olacaq.

Son xəbərlər

Orphus sistemi