"Keşlə"nin baş məşqçisi: "Çalışdıq ki, fasilədən yaxşı istifadə edək"

"Keşlə"nin baş məşqçisi: "Çalışdıq ki, fasilədən yaxşı istifadə edək" "Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Bəzi futbolçular millinin oyunlarına görə bizimlə deyildi. Rəqib topa daha çox nəzarət edir. Bunu futbolçulara aşılamaq istədik. Futbolçular "Qarabağ" kimi rəqibə qarşı oyundan qopmadılar".
Futbol
4 Aprel , 2021 20:57
Keşlənin baş məşqçisi: Çalışdıq ki, fasilədən yaxşı istifadə edək
Sənan Qurbanov

"Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Bəzi futbolçular millinin oyunlarına görə bizimlə deyildi. Rəqib topa daha çox nəzarət edir. Bunu futbolçulara aşılamaq istədik. Futbolçular "Qarabağ" kimi rəqibə qarşı oyundan qopmadılar".

"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, futbolçular qələbə qazanmağa inanıblar: "Con Kamaranın ilk hissədə zədələnməsi planlarımızı pozdu. Biz digər matçlarda topu itirəndə pressinq edirdik. Rəqibin futbolçularının ustalıq səviyyəsi bəllidir. Taktikanı "Qarabağ"a qarşı müəyyənləşdirmişdik. Hər tur rəqibləri analiz edirik və ona uyğun taktikə seçirik.

Hücumda daha çox iştirak etmək niyyətindəyik. "Keşlə" olaraq müdafiə və hücumda düzgün oynamağı seçmişik".

Baş məşqçi Elvin Yunuszadənin oynamaması haqqında bunları diqqətə çatdırıb:

"Zədədən qayıdandan sonra məşqlərə qoşuldu. Yenə ağrıları başladı. Həkimlərin nəzarəti altındadır".

S.Qurbanovun sözlərinə görə, son dəqiqələrdə buraxılan qol həmişə məyusluq gətirə bilər: "Futbolçulara təşəkkür etdim. Onlara bildirdim ki, biz bir yarışın içindəyik və qorxmamalıyıq. Rəhbərlik də daim yanımızdadır. Onlar da qələbələr qazanmağımızı istəyirlər".

Son xəbərlər

Orphus sistemi