"Keşlə"nin baş məşqçisi: "Komandada qeyri-stabillik var"

"Keşlə"nin baş məşqçisi: "Komandada qeyri-stabillik var" "Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni elədilər, amma istədiyimiz heç cür alınmadı. Matçın startı bəlkə biz istədiyimiz kimi olmadı".
Futbol
30 Oktyabr , 2021 18:27
Keşlənin baş məşqçisi: Komandada qeyri-stabillik var
Sənan Qurbanov

"Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni etdilər, amma istədiyimiz heç cür alınmadı. Matçın startı bəlkə biz istəyən kimi olmadı".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hər iki hissədə qol imkanlarının yarandığını söyləyib: "Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. “Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoliji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.

Qurbanovun sözlərinə görə, bəzən həddindən artıq qələbə qazanmaq istəyi mənfi təsir edir: "Bunlar açıq futbola, səhvlərə gətirib çıxarır. Bunu orta səviyyəyə gətirib çıxarmalıyıq. Komandada qeyri-stabillik var. Dünən gecədən İlkin Qırtımovun hərarəti oldu. Səhər də vəziyyəti yaxşı deyildi, özünü yaxşı hiss etmirdi. Koronavirus testi verdi, cavabı neqativ çıxdı. Adi soyuqdəymədir. Miyuşko Boyoviç və Rəhman Hacıyev də zədəlidir, fərdi məşq edirlər. Rəhmanın qısa müddət sonra sıraya qayıtması gözlənilir".

Son xəbərlər

Orphus sistemi