"Keşlə"nin legioneri koronavirusa yoluxub

"Keşlə"nin legioneri koronavirusa yoluxub "Keşlə" klubunun futbolçusu Miyuşko Boyoviç koronavirusa yoluxub
Futbol
17 Yanvar , 2022 15:26
Keşlənin legioneri koronavirusa yoluxub

"Keşlə" klubunun futbolçusu Miyuşko Boyoviç koronavirusa yoluxub.

Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəsində olan monteneqrolu müdafiəçi sağaldıqdan sonra Bakıya qayıdacaq: "Boyoviçin komandada qalıb-qalmayacağı düşərgəyə qoşulduqdan sonra bilinəcək. Hələlik müalicəsi ilə məşğuldur. İndi elə vəziyyətdir ki, hər şey ola bilər. Çünki qışda futbolçu tapmaq çox çətindir".

Qeyd edək ki, Miyuşko Boyoviç 2019-cu ildən "Keşlə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi