"Keşlə"nin qapıçısı millidəki rekordundan danışdı

"Keşlə"nin qapıçısı millidəki rekordundan danışdı "Son 7 ildə yığmadan kənarda qalmağımı nəzərə alsaq, emosiyalarçox yaxşıdır. Yenidən milliyə dəvət almaq və son matçlarda oynamaq üçün özünə inam qazanmaq əladır".
Futbol
17 Noyabr , 2020 09:02
Keşlənin qapıçısı millidəki rekordundan danışdı
Stanislav Namaşko

"Son 7 ildə yığmadan kənarda qalmağımı nəzərə alsaq, emosiyalarçox yaxşıdır. Yenidən milliyə dəvət almaq və son matçlarda oynamaq üçün özünə inam qazanmaq əladır".

"Report"un məlumtına görə, bunu Moldova millisinin və "Keşlə"nin oyunçusu Stanislav Namaşko "Moldfootball" nəşrinə müsahibəsində yığmadakı 50-ci matçı barədə danışarkən deyib.

Bu göstərici ilə moldovalı həmkarları arasında rekorda imza atan 34 yaşlı qapıçı bunun xoş hadisə olduğunu bildirib: "Yunanıstanla görüşdə müsbət nəticə qazansaydıq, ikiqat xoş olardı. Yenidən millidə olduğum və oyun sayını yuvarlaq rəqəmə çatdırdığım üçün şadam".

Təcrübəli qolkiper yenidən yığmaya çağırılmağını əzmkarlığı ilə əlaqələndirib: "Heç vaxt bir yerdə oturmuram. Daim oyun təcrübəsi axtarıram. Yenidən bu formanı geyinməyimdə oynadığım klublarda mənə olan inam əsas rol oynadı. Deyə bilmərəm, bu, mənim ikinci gəncliyimdir, ya yox, sadəcə, komandalar mənə inandılar. Bu isə sabitlik gətirdi".

Qeyd edək ki, Stanislav Namaşko 2019-cu ilin yayından "Keşlə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi