"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova yığmasının heyətində iyunun 3-də Türkiyə millisi ilə matçda iştirak etməyəcək.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Roberto Bordin 35 yaşlı qolkiperi oyunun iştirak ərizəsinə daxil etməyib.
Moldova mətbuatı bəzi oyunçuların zədəli və ya klublarında bəzi qarşılaşmalarda iştirak etdikləri üçün heyətdə yer almadığını yazıb. Digər 7 futbolçunun iyunun 6-da Kişineuda Azərbaycanla matçda iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu Kişineuda təşkil olunacaq. "Keşlə" mayın 24-də "Sumqayıt"ı final oyununda 1:0 hesabı ilə yenərək, Azərbaycan Kubokunu qazanıb.