Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibi oldu

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibi oldu Final oyunu 24 may tarixində "Bank Respublika Arena"da keçiriləcək
Futbol
5 May , 2021 13:15
Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibi oldu

Futbol üzrə Azərbaycan Kubokunun final görüşündə nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının, “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub.

Püşk əsasən “Keşlə” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi