"Neftçi" klubunun ulduz futbolçusu Keysuke Honda Myanmar və İsraildə baş verən son hadisələrə münasibət bildirib.
"Report" xəbər verir ki, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi tvitterdə bu iki ölkə ilə bağlı son xəbərləri izlədiyini yazıb.
"İsrail və Myanmardan gələn son xəbərlərə nəzər yetirəndə bunları düşünməyə vadar olurəm: "Qanun nədir? Din nədir? Həqiqi azadlıq nədir? Sadəcə bu barədə düşünməkdə özümü çarəsiz hiss edirəm. İndi bunları sadəcə düşünürəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.