Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan yaponiyalı futbolçu Keysuke Honda karyerasını Litvanın "Suduva" komandasında davam etdirəcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilə son ölkə çempionu ilə rəsmi müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.
Təcrübəli oyunçu yeni komandasında 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.