Kipr - Azərbaycan oyununun hakimləri bilindi

Kipr - Azərbaycan oyununun hakimləri bilindi UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan oyunu üçün hakim təyinatları müəyyənləşib.
Futbol
5 Sentyabr , 2020 13:09
Kipr - Azərbaycan oyununun hakimləri bilindi
Filip Qlova

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan oyunu üçün hakim təyinatları müəyyənləşib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi