UEFA Avropa Liqasında H qrupunun II tur matçında "Qarabağ"la qarşılaşacaq Kiprin "Omoniya" klubu uğursuz seriya ilə üzləşib.
"Report"un məlumatına görə, Henninq Berqin baş məşqçi olduğu komanda cari mövsüm 11 matçın yalnız 3-də qələbə qazanıb, 5-də heç-heçə edib.
Nikosiya təmsilçsi bu görüşlərin 2-də penaltilər seriyasında qalib gəlib. Kiprlilər yalnız 2 görüşdə qapısını toxunulmaz saxlamağa müvəffəq olub. Bunlardan 1-i "Omoniya"nın Konfrans Liqasının I turunda Qazaxıstanda "Kayrat"la qolsuz heç-heçə etdiyi matçdır. Bu komanda Kipr çempionatında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.