Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlər sentyabrın 24-dən satışda olacaq.
"Report"un Nikosiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, qiymətlər sektorlara uyğun olaraq 5 avro və 125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib.