Noyabr ayında futbol üzrə Almaniya Bundesliqasının oyunları azarkeşsiz keçiriləcək.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, yerli hökumət koronavirusa yoluxma sayının kəskin artması səbəbindən bu addımı atıb.
Bundesliqada mövsümün dayandırılması müzakirə edilmir. Ölkədə bütün idman tədbirlərinə azarkeşlərin girişi qadağan edilib.