Fransanın PSJ klubu ulduz futbolçusu Neymarla müqavilənin müddətini uzadacaq.
"Report" "Qatar Today"ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulur.
Braziliyalı oyunçunun Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Onun yenidən Kataloniya klubuna transferi gündəmdə idi.
Təcrübəli oyunçu cari mövsüm bütün turnirlər daxil olmaqla 18 matçda iştirak edib, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.