Fransanın PSJ klubunun futbolçusu Milan Şkrinyar mövsümün sonunda komandadan ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
29 yaşlı müdafiəçinin xidmətində maraqlı olan bir sıra komandaların olduğu bildirilir.
Qeyd edək ki, Slovakiya millisinin üzvü ötən il PSJ-yə azad agent kimi transfer olunub.