İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Romas karyerasını Fransada davam etdirə bilər.
"Report" "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi PSJ ilə razılıq əldə edib.
İspaniyalı futbolçunun yayda Paris təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. "Kral klubu"nun Ramosa 1 illik sözləşmə təklif etdiyi, lakin təcrübəli oyunçunun razılaşmadığı iddia edilir.
Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. O, 2005-ci ildən Madrid klubunun formasını geyinir.