Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqladı

Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqladı 27 yaşlı vingerin sözlərinə görə, klubdan məvacibinin yaxşılaşdırılmasını istəsə də, müsbət cavab ala bilməyib
Futbol
25 May , 2021 11:08
Klesio Bauk Zirədən ayrılma səbəbini açıqladı

Mozambikli futbolçu Klesio Bauk "Zirə"dən ayrılma səbəbini açıqlayıb.

27 yaşlı hücumçu "Report"a deyib ki, klub rəhbərliyi ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyib. O, klubdan məvacibinin yaxşılaşdırılmasını istəsə də, müsbət cavab almadığını söyləyib: "Baş məşqçi Rəşad Sadıqovla söhbətimiz oldu. Dedi ki, mən də sənin daha yaxşı şərtlərlə burada qalmağını istərdim. Amma bu, alınmadı. Nəticədə yollarımızı ayırdıq".

Hələlik heç bir klubdan təklif almadığını deyən təcrübəli oyunçu agentinin bu işlərlə məşğul olduğunu vurğulayıb: "Gözləyirəm. Nəyin necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, Klesio Bauk "Zirə"yə ötən yay "Qəbələ" klubundan keçmişdi.

Son xəbərlər

Orphus sistemi