Klopp futbolçularını sosial şəbəkələrdən imtina etməyə çağırdı

Klopp futbolçularını sosial şəbəkələrdən imtina etməyə çağırdı İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp futbolçularına sosial şəbəkələrdən istifadə etməməyi məsləhət görüb
Futbol
9 Aprel , 2021 23:51
Klopp futbolçularını sosial şəbəkələrdən imtina etməyə çağırdı

İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp futbolçularına sosial şəbəkələrdən istifadə etməməyi məsləhət görüb.

"Report"un məlumatına görə, almaniyalı mütəxəssis ESPN-ə açıqlamasında burada insanların təhqir olunduğunu bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki problem hələ də həllini tapmayıb: "İnsanlar hər hansı hesabın arxasında gizlənib istədiklərini yaza bilirlər. Bu məsələni mümkün qədər tez yoluna qoymaq lazımdır. Şəxsən mən çox tənqid olunduğum üçün sosial şəbəkələrdən istifadə etmirəm. Sənə kömək etmək istəməyən şəxslərə qulaq asmaq lazım deyil. Bu, mənim oyunçulara məsləhətimdir. Hesabları bağlamaq ən yaxşı qərardır".

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi