İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Kloppun anası Elizabet Klopp dünyasını dəyişib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.
Baş məşqçi anasının 81 yaşında vəfat etdiyini söyləyib: "O, sözün həqiqi mənasında əsl ana idi. Hazırda daha yaxşı yerdə olduğuna əminəm. Qlobal pandemiya vəziyyətinə görə dəfn mərasimində iştirak edə bilməyəcəyəm. Vəziyyətlər düzələn kimi anım mərasimi keçirəcəyik".
Qeyd edək ki, UEFA "Liverpul"un Almaniya "Leyptsiq"inə qarşı keçirəcəyi Çempionlar Liqasının 1/8 final matçını Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"ya salıb.