UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Şimali Makedoniyanın "Şkupi" komandası koronavirus testlərinin nəticələrini açıqlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün futbolçular, məşqçilər heyəti və klub nümayəndələrinin test nəticələri mənfi olub. Komanda bu gün Bakıya gələcək.
Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlanacaq.