UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
"Report"un məlumatına görə, Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edən Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.
36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb.
İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovadır ("Bazel", İsveçrə).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli