Konfrans Liqası: Daha iki komanda növbəti mərhələyə yüksəlib

Konfrans Liqası: Daha iki komanda növbəti mərhələyə yüksəlib UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib.
Futbol
10 Dekabr , 2021 01:52
Konfrans Liqası: Daha iki komanda növbəti mərhələyə yüksəlib

UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, 4 qrupda 7 qarşılaşma baş tutub.

E qrupunda Çexiyanın "Slaviya" (Praqa) klubu Almaniyada "Union Berlin"lə 1:1 hesablı heç-heçə edərək pley-offa yüksəlib. 1/8 finala vəsiqəni əvvəlki turda rəmiləşdirən "Feyenoord" Niderlandda İsrailin "Makkabi" (Hayfa) komandasını yenib - 2:1.

PAOK Yunanıstanda Cəbəllütariqin "Linkoln" klubunu 2:0 hesabı ilə üstələyib və növbəti mərhələyə adlayıb. Danimarkada "Kopenhagen"ə eyni hesabla məğlub olan Slovakiyanın "Slovan" (Bratislava) komandası qrupda qalıb.

"Vitess" Niderlandda Sloveniya "Mura"sını darmadağın edib - 3:0. G qrupundakı "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) görüşü London təmsilçisində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. Pley-offa vəsiqənin sahibi həmin matçın taleyindən sonra bəlli olacaq.

H qrupunda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisi "Qarabağ" da pley-offda mübarizəni davam etdirəcək.

E qrupu

00:00. "Union Berlin" (Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 1:1

00:00. "Feyenoord" (Niderland) - "Makkabi" (Hayfa, İsrail) - 2:1

Xal durumu: "Feyenoord" - 14, "Slaviya" - 8, "Union Berlin" - 7, "Makkabi" - 4.

F qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Slovan" (Bratislava, Slovakiya) - 2:0

00:00. PAOK (Yunanıstan) - "Linkoln" (Cəbəllütariq) - 2:0

Xal durumu: "Kopenhagen" - 15, PAOK - 11, "Slovan" - 8, "Linkoln" - 0.

G qrupu

00:00. "Vitess" (Niderland) - "Mura" (Sloveniya) - 3:1

00:00. "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) - təxirə salınıb

Xal durumu: "Renn" - 11 (5 oyuna), "Vitess" - 10 (6 oyuna) "Tottenhem" - 7 (5 oyuna), "Mura" - 3 (6 oyuna)

H qrupu

00:00. "Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan) - 0:0

00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN) - 3:0

Xal durumu: "Bazel" - 14, "Qarabağ" - 11, "Omoniya" - 4, "Kayrat" - 2.

Beləliklə, LASK (Avstriya), "Gent" (Belçika), "Roma" (İtaliya), AZ, "Feyenoord" (hər ikisi Niderland), "Kopenhagen" (Danimarka), "Renn" (Fransa) və "Bazel" (İsveçrə) 1/8 finala, "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Budyo Qlimt" (Norveç), "Randers" (Danimarka), "Slaviya" (Praqa, Çexiya), PAOK (Yunanıstan) və "Qarabağ" pley-offa vəsiqə əldə edib.

23:38

UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib.

"Report"un məlumatına görə, ilk olaraq 4 qrupda 8 qarşılaşma keçirilib.

Serbiyada Kiprin "Anortosis" klubu ilə 1:1 hesablı heç-heçə edən "Partizan" pley-offa vəsiqə qazanıb. B qrupunun digər matçında lider "Gent" Belçikada Estoniya "Flora"sını məğlubiyyətə uğradıb - 1:0.

C qrupunda İtaliya "Roma"sı Bolqarıstanda "MOİK-Sofiya" klubunu minimal hesabla yenib - 3:2. Norveçin "Budyo Qlimt" komandası Ukraynada "Zarya" (Luqansk) klubu ilə bərəbərə qalıb - 1:1. Bu nəticələrdən sonra "Roma" qrup lideri kimi 1/8 finala, "Budyo Qlimt" isə pley-offa yüksəlib.

Nəhayət, D qrupunda AZ komandası Niderlandda Danimarka "Randes"inə qalib gəlib - 1:0. Meydan sahibləri qrup lideri kimi 1/8 finala yüksəlibsə, qonaqlar pley-offa vəsiqəni təmin edib. Rumıniyada ÇFR (Kluj) klubuna 0:2 hesabı ilə uduzan Çexiya "Yablonets"i isə qrupda qalıb.

UEFA Konfrans Liqası, qrup mərhələsi

V tur

A qrupu

21:45. LASK (Avstriya) - HİK (Finlandiya) - 3:0

21:45. "Alaşkert" (Ermənistan) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:1

Xal durumu: LASK - 16, "Makkabi" - 11, HİK - 6, "Alaşkert" - 1.

B qrupu

21:45. "Gent" (Belçika) - "Flora" (Estoniya) - 1:0

21:45. "Partizan" (Serbiya) - "Anortosis" (Kipr) - 1:1

Xal durumu: "Gent" - 13, "Partizan" - 8, "Anortosis" - 6. "Flora" - 5,

C qrupu

21:45. "MOİK-Sofiya" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:3

21:45. "Zarya" (Luqansk, Ukrayna) - "Budyo Qlimt" (Norveç) - 1:1

Xal durumu: "Roma" - 13, "Budyo Qlimt" - 12, "Zarya" - 7, "MOİK-Sofiya" - 1.

D qrupu

21:45. ÇFR (Kluj, Rumıniya) - "Yablonets" (Çexiya) - 2:0

21:45. AZ (Niderland) - "Randers" (Danimarka) - 1:0

Xal durumu: AZ - 14, "Randers" - 7, "Yablonets" - 6, ÇFR - 4.

Son xəbərlər

Orphus sistemi