UEFA Konfrans Liqasının qrup mərhələsində V turun statistik göstəriciləri açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın iki üzvü ən çox dəqiq ötürmə verən futbolçuların siyahısına düşüb.
Müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Qara Qarayev Bakıda Kiprin "Omoniya" klubu ilə görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Onlar bu göstəricidə yalnız Danimarka "Randers"inin üzvü Lasse Berqdən (92) geri qalıblar.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.