Azərbaycanın avrokuboklardakı digər təmsilçisi "Qarabağ"ın da UEFA Konfrans Liqasının pley-off mərahələsindəki potensial rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Ağdam təmsilçisi III raundda Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk görüşünü Bakıda oynayacaq.
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.
"Report"un məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçisi "Neftçi"nin də potensial rəqibi bilinib.
"Ağ-qaralar" Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.