Konfrans Liqası oyununda polislərlə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanılıb

Konfrans Liqası oyununda polislərlə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanılıb Qarşılaşma "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
2 Dekabr , 2023 15:55
Konfrans Liqası oyununda polislərlə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanılıb

İngiltərədə yerli "Aston Villa" və Polşanın "Legiya" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının qrup oyunu ərəfəsində polis əməkdaşları ilə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanılıb.

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər ki, onların əksəriyyəti Varşava təmsilçisinin fanatlarıdır.

Tərəfdarlardan 43-ü ictimai asayişi pozmaqda, ikisi polisə hücum etməkdə, digəri isə soyuq silah saxlamaqda ittiham olunub.

Bundan əlavə, polis yeni iğtişaşçıları tapmaq üçün axtarışları davam etdirir. Azarkeşlərlə insident zamanı beş hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi