Konfrans Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib

Konfrans Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib "Qarabağ" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Futbol
30 İyul , 2021 00:59
Konfrans Liqası: Qarabağın növbəti rəqibi müəyyənləşib

"Qarabağ" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Kiprin AEL komandasıdır. Limassol şəhərini təmsil edən kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını üstələyib. "Vlajniya" həm səfərdə, həm də öz meydanında eyni hesabla uduzub - 0:1.

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"unu iki oyunun yekununda yenib - 0:0, 1:0.

Son xəbərlər

Orphus sistemi