Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib

Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.
Futbol
22 İyul , 2024 13:55
Konfrans Liqası: “Sumqayıt” – “Fehervar” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və bir futbolçu media mənsubları önünə çıxacaq.

Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Son xəbərlər

Orphus sistemi