İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano xəstəxanaya yerləşdirilib.
"Report" "Il Messaggero" nəşrinə istinadən xəbər verir ki, buna bir müddət öncə koronavirusa yoluxmuş veteran hücumçunun vəziyyətinin ağırlaşması səbəb olub.
Daha əvvəl keçmiş oyunçunun həyat yoldaşı Karolina Marsialis ərinin Milad bayramı zamanı COVID-19-a yoluxduğunu və evdə özünü təcrid etdiyini təsdiqləyib. İddiaya görə, son bir neçə gündə Kassanonun vəziyyəti pisləşib. O, Genuyadakı San-Martino xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Antonio Kassanov futbolçu karyerası ərzində ölkəsinin "Roma", "Sampdoriya", "Milan" və "İnter" klublarında, həmçinin İspaniya "Real Madrid"ində çıxış edib.