İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu yeni nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu İtaliyada "Atalanta" ilə 2:2 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda dubl edib.
Portuqaliyalı forvard "qırmızı şeytanlar"ın heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.