Kvaratsxeliya "Qızıl oğlan" mükafatına namizədlər sırasından çıxarılıb

Kvaratsxeliya "Qızıl oğlan" mükafatına namizədlər sırasından çıxarılıb Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatı üçün namizədlərin sayı azalıb
Futbol
16 Sentyabr , 2021 17:56
Kvaratsxeliya Qızıl oğlan mükafatına namizədlər sırasından çıxarılıb

Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatı üçün namizədlərin sayı azalıb.

"Report"un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün 40 oyunçudan ibarət siyahı hazırlanıb.

Siyahıda Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yer almayıb. O, Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Məşhur futbolçulardan Eduardu Kamavinqa ("Real Madrid", İspaniya), Erik Qarsiya, Pedri (hər ikisi "Barselona", İspaniya), Cud Bellingem, Covanni Reyna (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Qabriel Martinelli, Bukayo Saka (hər ikisi "Arsenal" İngiltərə), Camal Musiala ("Bavariya", Almaniya), Nunu Mendeş (PSJ, Fransa) mükafat üçün yarışacaq.

Qeyd edək ki, 2020-ci ildə bu mükafata Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən norveçli hücumçu Erlinq Holann layiq görülüb.

Son xəbərlər

Orphus sistemi