La Liqa təmsilçisinin yeni baş məşqçisi bəlli oldu

La Liqa təmsilçisinin yeni baş məşqçisi bəlli oldu O, mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək
Futbol
6 Aprel , 2021 09:06
La Liqa təmsilçisinin yeni baş məşqçisi bəlli oldu
Xavi Kalyexa

İspaniyanın "Alaves" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın autsayderi Xavi Kalyexaya tapşırılıb.

O, mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. Kalyexa ötən gün istefaya göndərilmiş Abelardo Fernandesi əvəzləyib.

Qeyd edək ki, "Alaves" La Liqada 29 turdan sonra 23 xalla 20-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi