İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi koronavirusa yoluxub.
"Report" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Qayya Lukaryello instaqram hesabından məlumat verib.
O, bütün ailə üzvlərinin testinin müsbət çıxdığını bildirib. Lukaryello özlərini yaxşı hiss etdiklərini və təcrid olunduqlarını yazıb.
Qeyd edək ki, "Latsio" İtaliya A Seriyasında 52 xalla 6-cı pillədə qərarlaşıb.