"Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim".
"Report" xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Sparkchronicles" nəşrinə açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışarkən deyib.
42 yaşlı mütəxəssis 24 yaşlı hücumçu ilə söhbətinin çox pozitiv keçdiyini söyləyib: "Televiziya onündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm".
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.