Çeslav Mixneviç: "Qarabağ" və "Legiya"nın potensialı eynidir"

Çeslav Mixneviç: "Qarabağ" və "Legiya"nın potensialı eynidir" "Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ bir qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər".
Futbol
30 Sentyabr , 2020 18:47
Çeslav Mixneviç: Qarabağ və Legiyanın potensialı eynidir
Çeslav Mixneviç

"Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ ki, qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər". 

"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib. 

50 yaşlı mütəxəssis bildirib ki, yaxşı oyun sərgiləmək niyyətindədirlər: "İlk konfransda komandanın müxtəlif parametrlərdə oynaya biləcəyini və matç zamanı sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik. Hər iki komanda eyni potensiala sahibdir. "Qarabağ"ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik". 

Sentyabrın 22-də Varşava təmsilçisinin baş məşqçi təyin edilən Mixneviç hər gün futbolçularla danışdığını vurğulayıb: "Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacağam. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar". 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi