"Legiya" "Qarabağ"la matçın iştirak ərizəsində dəyişiklik etdi

"Legiya" "Qarabağ"la matçın iştirak ərizəsində dəyişiklik etdi UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşa "Legiya"sının iştirak ərizəsində dəyişiklik edilib.
Futbol
26 Sentyabr , 2020 16:16
Legiya Qarabağla matçın iştirak ərizəsində dəyişiklik etdi

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşa "Legiya"sının iştirak ərizəsində dəyişiklik edilib. 

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı müdafiəçi Vilyam Remi heyətdən çıxarılıb.

29 yaşlı oyunçunun yerinə portuqaliyalı müdafiəçi Luis Roşa 30 futbolçudan ibarət siyahıya əlavə olunub. 

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi