"France Football" nəşrinin 2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis etdiyi Lev Yaşin mükafatının qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, sözügedən mükafata İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.
O, mükafat uğrunda mübarizədə kosta-rikalı Keylor Navas (PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel ("Lester", İngiltərə), belçikalı Tibo Kurtua ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martinesi ("Aston Villa", İngiltərə) qabaqlayıb.