Almaniya Bundesliqasının 24-cü turunun matçı keçirilib.
“Report” xəbər verir ki, “Bavariya” öz meydanında Dortmund “Borussiya”sını qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab birinci hissədə açılıb. Matçın 9-cu dəqiqəsinə kimi qonaqlar artıq iki qol vurublar. Dublu norveçli hücumçu Erlinq Holand edib.
Birinci hissənin 26-cı dəqiqəsində Robert Levandovski fərqi azaldıb. Polşalı hücumçu birinci hissənin sonunda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetir.
Daha sonra Leon Qoreçki “Borussiya”nı məyus edib. Oyun Levandovskinin het-triki ilə yekunlaşıb.
Bununla da “Bavariya” 55 xal yığaraq Bundesliqanın yarış cədvəlində birinci yerə yüksəlib.