Almaniya "Leyptsiq"i heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Fransa "Strasbur"unun müdafiəçisi Məhəmməd Simakanı transfer edib.
21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Fransalı futbolçu yeni komandasına cari mövsümün sonunda qoşulacaq. O, "Leyptsiq"də 2 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, bu mövsüm "Strasbur"un heyətində 19 oyunda meydana çıxan Məhəmməd Simakan bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, Fransanın U-20 millisinin də üzvüdür.