“Lill” Fransa Super Kubokunun qalibi olub

“Lill” Fransa Super Kubokunun qalibi olub Tel-Əvivin (İsrail) “Bloomfield” stadionunda Fransa Super Kuboku uğrunda qarşılaşma başa çatıb.
Futbol
2 Avqust , 2021 02:45
“Lill” Fransa Super Kubokunun qalibi olub

Tel-Əvivin (İsrail) “Bloomfield” stadionunda Fransa Super Kuboku uğrunda qarşılaşma başa çatıb.

“Report” xəbər verir ki, qələbə uğrunda ölkə kubokunun qalibi “Pari Sen-Jermen” (PSJ) və Fransa çempionu “Lill” mübarizə aparıb. Matç "Lill" in minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Şeka 45-ci dəqiqədə vurub. “Parislilər” üstünlüyə baxmayaraq, hesabı bərabərləşdirə bilməyiblər.

Qeyd edək ki, PSJ start heyətində mövsümlərarası fasilədə komandaya keçmiş "İnter"in keçmiş müdafiəçisi Əşrəf Hakimi yer alıb. “Parislilər”in rəsmi görüşlərində həmçinin “Liverpul”dan transfer olunmuş Jorjinyo Veynaldum debüt edib. O, meydançaya 71-ci dəqiqədə daxil olub.

Son xəbərlər

Orphus sistemi