21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək.
Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Əzələsindən xəsarət almış 22 yaşlı yarımmüdafiəçi 26-cı dəqiqədə əvəzlənib. Buna baxmayaraq, Ren-Adelaid komanda ilə birlikdə Azərbaycana səfər edib.
Qeyd edək ki, bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.